AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vergi borcu olan şirkət milyon yarımlıq tender qazandı

  • + A
  • - A
  • Dünən, 18:31

    Vergi borcu olan şirkət milyon yarımlıq tender qazandı

    Azadmedia.az xəbər verir ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin qalibi “PRORENT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkət 1 442 738,8 AZN dəyərində “Kran manipulyatorlar”ın satın alınması üzrə tenderi əldə edib.

    Məlumata görə, “PRORENT” MMC-nin vergi öhdəlikləri ilə bağlı bir neçə maliyyə sanksiyası mövcuddur:

    2013-cü ildə 40 AZN,

    2020-ci ildə 40 AZN,

    2021-ci ildə 40 AZN,

    2022-ci ildə 40 AZN,

    2023-cü ildə 6 hal üzrə cəmi 240 AZN,

    2024-cü ildə 2 hal üzrə cəmi 80 AZN.


    Şirkət riskli vergi ödəyicisi hesab olunmur və ƏDV qeydiyyatındadır. Tender nəticəsi 2 sentyabr 2025-ci il tarixində elan olunub. Dövlət Vergi Xidmətinin saytında hazırkı borc 721.5 manat göstərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR