AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hesablama Palatası: Büdcə layihəsində əvvəlki rəylər tam və ya qismən nəzərə alınıb

  • + A
  • - A
  • Bu gün, 12:22

    Hesablama Palatası: Büdcə layihəsində əvvəlki rəylər tam və ya qismən nəzərə alınıb


    Azərbaycanın 2026-cı il üzrə büdcə zərfinin bir sıra funksional fəaliyyət bölmələrində dəyişikliklər edilib.

    Bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.

    Onun sözlərinə görə, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində qeyd olunan bir çox məsələlər büdcə zərfində tam və ya qismən nəzərə alınıb:

    "Bundan əlavə, rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə aparılan müzakirələr nəticəsində büdcə zərfinə düzəlişlər edilib. Bu dəyişikliklər funksional təsnifatın sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət sahələrini əhatə edib".

    N. Sadıqov əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair təqdim edilmiş məlumatlarda "Büdcə sistemi haqqında" qanunun büdcə sisteminin vahidliyi və müstəqilliyi ilə bağlı tələbləri təmin olunub, layihə vahid büdcə təsnifatı tətbiq edilməklə hazırlanıb:

    "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsi ümumilikdə "Büdcə sistemi haqqında" qanunun müəyyən etdiyi tələblərə uyğun tərtib edilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR