AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AÇIQ MİKROFON" AKSİYASI MASALLININ UCQAR KƏNDİNDƏ TƏŞKİL OLUNDU

  • + A
  • - A
  • 14-06-2022, 20:30

    "AÇIQ MİKROFON" AKSİYASI MASALLININ UCQAR KƏNDİNDƏ TƏŞKİL OLUNDU

    SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 89-cu "Açıq mikrofon" aksiyası Masallı rayonunun Ninəlov kəndində baş tutub. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Lənkəran Regional qaz istirmarı İdarəsinin rəisi Namiq Məmmədov və Birliyin digər məsul şəxsləri bu kəndə gələrək sakinlərin qaz təchizatı ilə bağlı problem və təkliflərini yerindəcə dinləyiblər. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən payız-qış mövsümlərində isə daha vacib olduğunu bildiriblər. Daxil olan müraciətlər aidiyyatı üzrə qeydə alınıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR