AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 29-06-2022, 18:26

    Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iyulun 1-də saat 10:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (Heydər Əliyev pr. 1D) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
    Qəbul zamanı Qobustan və Şamaxı rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
    Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR