AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ZAQATALADA VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLDİ

  • + A
  • - A
  • 8-07-2022, 15:14

    ZAQATALADA VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLDİ

    Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində növbəti görüş bu gün Zaqatala rayonunda baş tutub. Aksiyaya üz tutan sakinlər qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar "Səyyar qəbul otağı"nın imkanlarında istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev və Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq, lazımi izahatlar veriblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR