AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BU DƏFƏ “SƏYYAR QƏBUL OTAĞI” TƏRTƏRDƏ QURULDU

  • + A
  • - A
  • 31-05-2022, 17:51

    BU DƏFƏ “SƏYYAR QƏBUL OTAĞI” TƏRTƏRDƏ QURULDU

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüşlər davam edir. Aksiyanın mahiyyəti qaz təchizatı ilə bağlı yaranan problemlərin yerindəcə dinlənilməsinə, ünvanlanan müraciətlərin birbaşa Birlik rəhbərliyinə çatdırılmasına xidmət edir. Bu istiqamətdə növbəti görüş Tərtər rayonunda baş tutub. Sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qarşılaşdıqları çətinliklərdən söz açıblar. Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi qazlaşma, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən lazımi izahatlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR