AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirliyin satışa çıxardığı mənzillərin çoxu bron edildi - Rəsmi

  • + A
  • - A
  • 23-01-2023, 18:50

    Nazirliyin satışa çıxardığı mənzillərin çoxu bron edildi - Rəsmi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün saat 10:00-dan ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib. Onlayn satışa başlandıqdan 24 saniyə sonra ilk mənzil bron edilib. Bu barədə SXA-nın Mətbuat xidmətinun rəhbəri Murad Həşimov məlumat verib. Onun sözlırinə görə mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.
    Murad bəy vurğulayıb ki, şəxs mənzili bron etdikdən sonra
    Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq;
    Vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq;
    Alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək.
    Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
    Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
    Qeyd edək ki, mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR