AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

  • + A
  • - A
  • 15-07-2023, 16:58


    Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 17-18.07.2023 və 20-21.07.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonu, Sədəf kəndində (şəhid Elyar Vəliyevin evinin qarşısı), 2-ci günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonu, Zarat Xeybəri kəndində (orta məktəbin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək İsmayıllı rayonu, Qoşakənd kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Ucar rayonu, Şahlıq kəndində (poçt məntəqəsinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR