AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SUQOVUŞAN - təzadlar aləmi - REPORTAJ

  • + A
  • - A
  • 22-10-2023, 11:40

    SUQOVUŞAN - təzadlar aləmi - REPORTAJ

    Ötən bazar günü 1-cü günə heç bir planı olmayan adama mesaj gəlir və pasportu portala qeydiyyat üçün istənilir:
    "Oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına media-tur təşkil edir".
    Suqovuşana media-tur var. Xoşbəxtliyin bu dərəcəsi. Cənab Prezident İlham Əliyevin Suqovuşanda eko-parkın açılışını etdikdən 1 gün sonra o parkda gəzmək, Suqovuşanı görmək xoşbəxtliyini yaşayacaq 40 nəfərə yaxın media nümayəndələrindən biri mən idim.
    Yaddaş üçün qeyd edim ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
    Cari il oktyabrın 15-də Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, yaradılmış turizm infrastrukturu və abadlıq işləri ilə yaxından tanış olub.

    ...Yol uzundu, etiraf edirəm, amma düşünəndə ki, mənzilbaşı Suqovuşandı, yorğunluğun həsrətlə qarışması xüsusi zövq verir.

    Həsrətlə saatları qət edib Suqovuşana çatanda ayaqlarım getmədi. Təzadlı anlar idi. Bir yandan gözəlliyi, təmizliyi, füsunkarlığı valeh edirdi, digər tərəfdən "Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub", "Suqovuşanın azad olunması uğrunda medalı ilə təltif olunub" kəlmələri qulağımı uğuldadır, şəhid portretləri gözümün önündən getmirdi. Özümü ələ alıb daha irəli gedirəm, igidlərimizin izini özündə saxlayan müqəddəs yerlərə daha yaxından bələd olmaq arzusu ilə...

    Media-tur çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova KİV nümayəndələrinə məlumat verdi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan Su Anbarının ətrafında salınan park 6.5 hektar ərazini əhatə edir. Xarabazara çevrilmiş yerlərdən gözəllik yaratmaq 4 milyona yaxın vəsaitə başa gəlib.

    Ərazidə turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
    Suqovuşanın abadlaşdırılması işi davam edir.
    Azadə Hüseynova qeyd etdi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

    Dağların arasında Suqovuşan Su Anbarı Tərtərin nazlı qızıdır sanki. Dövlət Turizm Agentliyinin İnformasiya Mərkızinin yerləşdiyi binanın nəzdində ziyarətçilər üçün kafe istifadəyə verilib. Bu, parka gələn insanların rahatlığı ilə yanaşı, Talış kənd sakinləri üçün iş yerlərinin yaranması deməkdir.






    Parkda ailəvi dincəlmək üçün hər şərait var. Skameykalar, üstü bağlı söhbətgahlar, uşaqların vaxt keçirmısi ücün əyləncələrlə bol meydança, velosiped sürməyə düz yollar...


    Parkın sonuna yaxın dağılmış evlər ürəyimi sızladır. Görəsən neçə igidimizə sığınacaq olub, neçə igidimizin ruhunu göylərə təslim etməsinə şahidlik edib?
    Sakinlərin bildirdiyinə görə evlər l Qarabağ döyüşlərində dağıdılıb.




    Dağılan evlərin yanında kilsə var. Kilsənin üstündə erməni yazıları olsa da, daşın üstündə sonradan yonulması açıq-aşkar bilinir. Tövlə iyi verən kilsənin illərdir təyinatı üzrə işləməməsi də ermənilərin kilsədən sadəcə tarixi saxtalaşdırması üçün istifadə etməsinə sübutdu...

    Suqovuşanda katamaranlarla və elektromobil maşınlarla gəzinti də xüsusi zövq verir. Anbarın o tayında 2 yanaşı ev, bir də üstü bağlı ayrıca tikili var. Məlumatın nə qədər dəqiq olmasını bilmirəm, parkda işləyən fəhlələrdən biri dedi, Baqrasyanın iqamətgahı olub, gəlib orda dincəlirmiş...

    Park boyu lövhələr quraşdırılıb və istiqamətlər barədə məlumat var. Dövlət Turizm Agentliyinin ziyarətçilərin rahatlığı üçün inşa etdiki informasiya mərkəzinin nəzdində fəaliyyət göstərən tualetlərdə fiziki əngəlli vətəndaşlar da nəzərə alınıb.

    Suqovuşanın gözəlliyini görmək istəyənlərin nəzərinə çatdırım ki, DTA-nın təşkilatçılığı ilə Suqovuşan İstirahət Parkına turlar təşkil olunacaq. Rahat gedib gəzib, o gözəlliyi özünüz seyr edə biləcəksiniz. Məni isə yaxın gələcəkdə Tuğda Turizm Agentliyinin gördüyü işləri işıqlandırmaq üçün növbəti səfər gözləyir. İnşallah deyək.

    Elnurə Abuşova,
    Bakı-Tərtər-Bakı












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR