AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşlar Atabəy kəndinin küçə qaz xətlərinin çəkilməsini xahiş etdilər

  • + A
  • - A
  • 25-01-2024, 22:31

    Vətəndaşlar Atabəy kəndinin küçə qaz xətlərinin çəkilməsini xahiş etdilər


    Bu həftə "Açıq mikrofon" aksiyası çərçivəsində Tovuz rayonunun Aşağı Quşçu, Gədəbəy rayonunun Dəyirmandağ kəndlərində və Qazax rayonunun Ərik bağı yaşayış massivində vətəndaşlarla görüşümüz baş tutdu. Sakinlərin sözügedən ünvanların qazlaşdırılması ilə bağlı etdikləri çoxsaylı müraciətlərindən sonra həmin 2 kənd və yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsi ilə bağlı qərar verildi. Tezliklə bu ərazilərdə işlərə start veriləcək". Bu sözləri SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Şəmkir rayonunun Atabəy kəndində keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi vətəndaşları qaz təchizatı ilə bağlı problemlərini açıq şəkildə səsləndirməyə çağırıb. Daha sonra mikrofon önünə keçən sakinlər Atabəy kəndinin meşə zolağından kənarda yerləşdiyini, odun almaq üçün ətraf kəndlərə, rayonlara getməyə məcbur olduqlarını bildiriblər. Bunun da həm meşələrin qırılması, həm də əlavə xərc olduğunu deyən vətəndaşlar kəndin mavi yanacaqla təmin olunmasında onlara köməklik göstərilməsini xahiş ediblər. Hər bir müraciət Birlik rəsmiləri tərəfindən qeydiyyata alınıb, sakinlərə lazımi izahatlar verilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR