AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yuxarı Lars bu gün ağır yük maşınları üçün bağlıdır

  • + A
  • - A
  • 6-03-2024, 22:40

    Yuxarı Lars bu gün ağır yük maşınları üçün bağlıdır

    Rusiya və Gürcüstan sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsi bu gün axşam saatlarında yük maşınlarının girişi üçün bağlanıb. Növbəti xəbərdarlıq edilənə qədər ağır avtomobillər oradan keçə bilməyəcək.
    Respublika Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün axşam saatlarında Şimali Osetiya ərazisində, Rusiya-Gürcüstan sərhədində yerləşən Gürcüstan Hərbi Yolu üzərində yerləşən “Verxniy Lars” keçid məntəqəsi iritutumlu maşınların keçməsi üçün bağlanıb.
    Yük maşınlarının oradan keçməsinə icazə verilmir. Onlar üçün məntəqənin nə vaxt açılacağı məlum deyil. Nəqliyyatın hərəkəti yalnız Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu ilə hərəkət təhlükəsiz olduqda mümkün olacaq.
    Xatırladaq ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstana deyil, həm də onun ərazisindən Ermənistana gedən yeganə quru yoludur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR