AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanın tibbi turizm sahəsində inkişafını çox istəyirik” – Server Seçer

  • + A
  • - A
  • 26-04-2024, 23:09

    “Azərbaycanın tibbi turizm sahəsində inkişafını çox istəyirik” – Server Seçer

    “Azərbaycan bizim canımız, qardaş vətənimizdir. Bu səbəbdən Azərbaycanlara əlaqələrə çox böyük önəm veririk”.

    Bakıda keçirilən “Health tourism” Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisinin təşkilatçısı “ALZ Grup”un baş meneceri Server Seçer bildirib ki, “Health tourism” Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgi və konfransını təşkil etməkdə məqsəd iştirakçı ölkələr arasında sağlıq turizmi əlaqələrini genişləndirmək və turist mübadiləsini artırmaqdır: “Bu sərginin bir önəmi də Azərbaycanın sağlamlıq sığortası sistemi ilə tanışlıqdır. Sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstandan 50 sağlamlıq müəssisəsi öz stendi ilə çıxış edir. Burada iştirak etmək üçün 5500 ziyarətçi onlayn müraciət edib. Bundan əlavə, birbaşa gəlib qeydiyyatdan keçənlər də var.

    Bu günə qədər dünyanın bir çox ölkələrində, şəhərlərində, o cümlədən Amsterdemda, Berlində, Frankfurtda sərgi təşkil etmişik. Bakıdan sonra isə Londonda, Moskvada, Amsterdamda, Berlində sərgilərimiz olacaq. Türkiyədə sərgi təşkil etmirik, çünki məqsədimiz başqa ölkələrdən Türkiyəyə turist cəlb etməkdir, yəni biz xəstənin ayağına gedirik.
    Türkiyədə son texniologiyalarla çalışan xəstəxanalar mövcuddur. Hətta Avropa ölkələrini belə geridə qoya biləcək imkanlara malikik. Həkimlərimiz çox peşəkardır.
    Bu il Türkiyənin hədəfi 2 milyon sağlıq turisti və 20 milyard dollar gəlirdir. “ALZ Grup” olaraq biz də bu hədəfə çatmaqda ölkəmizə töhfə vermək istəyirik”.
    Server Seçer qeyd edib ki, Azərbaycanın tibbi turizm sahəsində inkişafını dəstəkləyirlər: “Qarşıdakı sərgilərdə Azərbaycanın xəstəxanalarının, turizm şirkətlərinin bizimlə birlikdə təmsil olunmasına çalışırıq. Bu işdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası bizə hər zaman kömək edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR