Yay fəsli, məzuniyyət, tətil günləri vətəndaşların ilk ağlına gələn turizm bölgələrinə səyahət olur.
İstirahət məkanlarını gəzdikcə Azərbaycanda turizm sektorunda hələ də çatışmazlıqlar, problemlər özünü qabarıq büruzə verir. Ali və orta ixtisas təhsil müəssisələri turizm sektoru üzrə illərdir mütəxəssis hazırlasalar da, nədənsə sözügedən sektorda hələki peşəkar mütəxəssis bolluğuna rast gəlinmir. Əmək bazarında belə mütəxəssislərə ehtiyac niyə yoxdu, niyə gənclərin potensialından istifadə edilmir?
Sosial şəbəkələrə qısa göz gəzdirmək kifayət edir ki, turizm sektorundakı nöqsanları aydın görmək mümkün olsun.
Müşahidələrimə görə Azərbaycanda turizm sektorunda bir neçə əsas problem mövcuddur:
1. İnfrastruktur Problemləri: Yol, nəqliyyat və xidmətlərin keyfiyyətinin aşağı olması turizmin inkişafına mane olur.
2. Marketinq və Tanıtımın Zəifliyi: Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə kifayət qədər tanıdılmır.
3. Mütəxəssislərin çatışmazlığı: Turizm sahəsində peşəkar işçilərin çatışmazlığı xidmət keyfiyyətini aşağı salır.
4. Qanunvericilik və Rüsumlar: Bəzi turizm fəaliyyətləri üçün yüksək rüsumlar və mürəkkəb qanunvericilik prosedurları bizneslərin inkişafını çətinləşdirir.
5. Mövsümilik: Turizm fəaliyyəti əsasən yay mövsümünə bağlıdır, bu da il ərzində davamlı turizm axınının təmin edilməsinə mane olur.
Bu problemlərin həlli üçün infrastrukturun yaxşılaşdırılması, turizm sahəsində ixtisaslı kadrların yetişdirilməsi və ölkənin turizm potensialının daha effektiv tanıdılması kimi tədbirlər həyata keçirilməlidir.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.