Baş nazir Əli Əsədov bu gün ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Nazirlər Kabinetindən
AzadMedia.az a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.
Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.