AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz” İB bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək

  • + A
  • - A
  • 17-03-2022, 15:37

    “Azəriqaz” İB bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək

    Martın 18-də saat 15:00-da Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) bir qrup müraciət edən abonentin sayğacı laborator yoxlamadan keçiriləcək.
    Azadmedia.az xəbər verir ki, "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı çox yazması ilə bağlı şikayətlərin daxil olmasını bildirib və tələb etmişdi ki, “Azəriqaz” İstehsalat Birliyi bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin etsin. Azəriqaz İstehsalat Birliyi tərəfindən məsələyə aydınlıq gətirmək üçün bir qrup müraciət edən abonentin sayğacı laborator yoxlamadan keçiriləcək.
    Tədbirdə ictimaiyyət nümayəndələri, ekspertlər və Şura nümayəndələri də iştirak edəcək.
    Qurumdan verilən məlumata görə tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələri, “Azəriqaz” İB-nin rəhbər heyəti, tanınmış ekspertlər və QHT nümayəndələri iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR