AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinə start verilir

  • + A
  • - A
  • 30-06-2022, 12:59

    “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinə start verilir

    “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinə start verilir
    Müasir dövrdə ictimai rəyin formalaşması və məlumat mübadiləsinin aparılmasında sosial medianın rolu danılmazdır. Sosial media ilə yanaşı, sosial şəbəkələr də informasiyanın yayımlanması, vacib mesajların çatdırılması və geniş auditoriyaya təsir imkanına malikdir.

    Azərbaycan ailə modelinin və ailə dəyərlərinin, eləcə də gender bərabərliyinin təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender əsaslı və məişət zorakılığı halları ilə mübarizənin aparılması məqsədilə sosial şəbəkələrin potensialından istifadə etməklə cəmiyyətin düzgün istiqamətləndirilməsi bu gün əhəmiyyət kəsb edən məsələlərdəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, eləcə də blogerlərlə əməkdaşlığa geniş yer ayırır.

    Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, Komitə yanında İctimai şuranın təklifi və mövzunun əhəmiyyətini nəzərə alaraq, sosial şəbəkə blogerləri arasında “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi elan edilir.

    Müsabiqənin məqsədi ailə dəyərlərinin, qadın və uşaq hüquqlarının sosial şəbəkələrdə təbliği, bu istiqamətdə ictimai fəal gənclər ilə əməkdaşlığın qurulması, zorakılıq, uşaq nikahları, insan alveri, narkomaniya və digər mənfi hallar ilə bağlı mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, görülən işlərlə bağlı məlumatların cəmiyyətə düzgün ötürülməsi, ailədaxili münasibətlərin tənzimlənməsində yeni innovativ imkanların təşviqidir.

    Müsabiqənin yekununda maraqlı, maarifləndirici, fərqli kontent hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və insanların etimad göstəricisinə görə, eyni zamanda mövzu ilə bağlı paylaşım statistikaları üzrə fəaliyyətləri Münsiflər heyəti tərəfindən qiymətləndirilən ən aktiv blogerlər plaket, diplom və hədiyyələrlə mükafatlandırılacaqdır. Təqdimat mərasiminin 2022-ci ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

    Qeyd olunanları nəzərə alaraq, sosial şəbəkə blogerlərini müsabiqədə aktiv iştirak etməyə dəvət edir və bildiririk ki, Siz müsabiqəyə qatılmaqla ailə dəyərlərinin və gender bərabərliyinin təbliği, sağlam və güclü ailələrin formalaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində fəaliyyətə öz töhfənizi verə bilərsiniz.

    Müsabiqənin şərtləri barədə ətraflı məlumat üçün müsabiqənin əsasnaməsi ilə tanış ola bilərsiniz.

    Müsabiqənin Əsasnaməsi
    Müsabiqənin anket forması


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR