AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya Rusiyanın ikinci ən varlı adamına sanksiya tətbiq etdi

  • + A
  • - A
  • 29-06-2022, 16:20

    Britaniya Rusiyanın ikinci ən varlı adamına sanksiya tətbiq etdi


    Böyük Britaniya bir neçə rusiyalı iş adamına qarşı sanksiya tətbiq edib. O cümlədən, sanksiya siyahısına “Rusiyanın ikinci nömrəli oliqarxı” Vladimir Potanin də daxil edilib.

    Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, Potanin və onun iri holdinq şirkəti "Interros" Putin rejiminin sütunlarından biridir. Britaniyalılar xatırladıblar ki, artıq müharibə zamanı Potanin iki bank qurumunu - "Rosbank" və "Tinkoff"u alıb.

    Britaniya sanksiyaları Potanindən başqa, Putinin qohumu Anna Tsivilyovaya da (Rusiya mətbuatı Rusiya prezidentinin əmisi qızı) təsir edib. Kömürlə zəngin Kemerovo vilayətinin qubernatoru olan Tsyvilyova "Colmar Group" kömür şirkətinə rəhbərlik edir.

    Xatırladaq ki, dünən, iyunun 28-də ABŞ Rusiyanın “Rostech” holdinqinə , xüsusən də bu dövlət şirkətinin tərkibinə daxil olan aviasiya müəssisələrinə qarşı sanksiyalar tətbiq edib.

    Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin həyat yoldaşı və qızının ölkəyə girişini qadağan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR