Hava sərhədimizi 147 dəfə pozan Yunanıstan bunun cavabını verməlidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz adekvat addım atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. Qarşı tərəf həmin sənədləri oxusun və ona uyğun addımlar atsın”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.