Ukraynada hərbi əməliyyatların başlanmasından sonra rusiyalı oliqarxların Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin məbləği 13,8 milyard avro təşkil edib.
Bunu Aİ-nin ədliyyə nazirlərinin Praqada keçirilən görüşündə ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders deyib.
Onun sözlərinə görə, əmlakın böyük hissəsini - 12 milyard avroluq aktivləri Aİ-nin 5 ölkəsi dondurub: "Başqalarını da onlardan nümunə götürməyə təşviq etməliyik. Əlavə məlumat üçün məktublar göndərmişik".
Qeyd olunub ki, bu məbləğlər "Ukraynanın Bərpası Fondu"na köçürüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.