Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Aİ Şurası zəruri hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin Avrozonaya daxil olan 20-ci ölkəsi olacaq”, - sənəddə deyilir.
Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində və iyulun 5-də Avropa Parlamentində təsdiqlənmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.