Bazar günü Əfqanıstanla sərhəddə İran sərhədçiləri ilə Taliban hərəkatının qüvvələri arasında silahlı toqquşma baş verib.
“Bu barədə İRNA-ya Sistan və Bəlucistan əyalətinin Helmand (Xirmand) rayonunun rəhbəri Meysəm Bərazandeh bildirib.
“İran sərhədçiləri ilə Helmand bölgəsinin sərhədində Taliban arasında toqquşmalar olub”, - o qeyd edib.
Mümkün qurbanlar barədə məlumatı şərh edən Bərazandeh qeyd edib ki, bu məsələ hazırda araşdırılır.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.