AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın Qafqaz üzrə baş müşaviri sərhəddəki vəziyyətiə əlaqədar Azərbaycana gəlib

  • + A
  • - A
  • 13-09-2022, 19:20

    ABŞ-ın Qafqaz üzrə baş müşaviri sərhəddəki vəziyyətiə əlaqədar Azərbaycana gəlib


    ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün Bakıya gəlib.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat verilib.

    Müşavirin sentyabrın 13-dən 14-dək Azərbaycanda qalacağı dəqiqləşib.

    “Səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistanın davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini müzakirə edəcək”, - diplomatik missiyanın bəyanatında deyilir.

    Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

    Ermənistan Xarici İşlər Nazirliyinin katibi Vahan Hunanyan da bildirib ki, sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar sentyabrın 13-də ATƏT Daimi Şurasının iclası keçiriləcək .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR