AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

OPEC gələn il üçün neftə olan tələbat proqnozunu azaldıb

  • + A
  • - A
  • 14-10-2020, 14:06

    Azad media.az xəbər verir ki, 2020-ci ildə dünyada neftə tələbat 9,5 milyon barel azalaraq 90,3 milyon barel təşkil edəcək.

    Belə ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) oktyabr hesabatında bildirilib. Hesabatda sentyabr proqnozu olduğu kimi saxlanılıb.

    Bundan əvvəl təşkilat Asiya ölkələrində, xüsusilə Hindistanda iqtisadi göstəricilərin qənaətbəxş olduğunu əsas götürərək 2020-ci ildə dünyada neftə tələbatın azalmasına dair proqnozunu 0,4 milyon barel azaltmışdı.

    Həmçinin 2021-ci ildə neftə tələbat proqnozu 0,08 milyon barel azaldılıb: “Bu azalma həm OECD ölkələrində, həm də bu təşkilatın üzvü olmayan ölkələrdə iqtisadi artımın daha ləng getməsilə bağlıdır. Buna baxmayaraq, neftə gündəlik tələbat 6,5 milyon barel, dünya boyu isə 96,8 milyon barel həcmində gözlənilir”.

    Qeyd edək ki, OECD ölkələrində 2020-ci ildə neftə tələbat 42,9 milyon barel, yəni 2019-cu ilə nisbətən 4,84 milyon barel az, 2021-ci ildə isə 46,1 milyon barel həcmində olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR