AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

  • + A
  • - A
  • 5-01-2022, 07:17


    Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

    Azadmedia.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

    "Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyilir.

    Həmçinin qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

    "Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR