Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
AzadMedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş NATO Liderlər Zirvəsi çərçivəsində baş tutub.
Prezident Ərdoğan, “NATO-nun güclənməsi üçün atılacaq addımlar Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək” deyib.
Ərdoğan Baydenlə görüşündə taxıl dəhlizi ilə bağlı da müzkirə aparıb:
“Prosesi balans siyasəti ilə həll etməyə çalışırıq. Ümid edirik ki, bu siyasətlə nəticə əldə edəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.