Azadmedia.az - Cari ilin 20– 24 iyun tarixlərində Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı baş tutub. Festivalda “Young Lions Azerbaijan 2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri, təşkilatçılar, o cümlədən rəsmi nümayəndələr iştirak etmişdir. Bu mötəbər festivalda “Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlər təmsil olunmuşdurlar. Tədbir ərzində dünyanın müxtəlif ölkələrindən olan peşəkarların, yaradıcı sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhur şəxslərin çıxışları, panel sessiyaları baş tutmuşdur.
Nəzərinizə çatdırırıq ki, müsabiqənin yerli mərhələsində qalib olmuş 4 nəfər iştirakçı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu festivalda iştirak etmişdir.