Mariupolda çoxrmərtəbəli binaların həyətlərində dəfn edilən cəsədlərin eksqumasiyası bərpa edilib.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.
“Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsi eksqumasiya aparır. Meyitlər çıxarılaraq plastik torbalara qoyulur və birbaşa Starıy Krıma aparılır. Orada artıq kütləvi məzarlarda basdırılır”, - deyə o, bildirib.
Andryuşenkonun sözlərinə görə, eksqumasiyadan sonra müstəntiqlər və ya sadəcə hərbçilər basdırılan insanların ölümünün təfərrüatları ilə bağlı yerli sakinləri dindirirlər.
Mənbə: unian.net
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.