Biri yaza bilmir, bilməz də ki, deputat Razi Nurullayev işləmir, vəzifəsinin öhdəsindən gəlmir, vətəndaşı qəbul etmir, dinləmir, əhaliylə görüşmür, deputatı olduğu rayona getmir, kənd-kənd, ev-ev gəzmir, vətəndaşın problemini həll etməyə çalışmır, gündəmə gətirmir, ölkənin problemlərini parlament kürsüsündən səsləndirmir, çatışmazlıqlarla bağlı kəskin, sərt çıxışlar etmir, təkliflər vermir, vətəndaşın haqqını-hüququnu müdafiə etmir, mediaya açıq deyil. Yaza bilməzlər.
Çünkü Razi Nurullayev bütün bunları edir...
Bəs nə yazırlar? Məsələn, yazırlar, bayram edirlər, xoşbəxtlikdən çiçəkləri "çırtlayır" ki, aya qoymayın, Razi Nurullayev mexaniki səhvə yol verərək bir dini bayramın yerinə başqa bir dini bayramı yazıbmış...
Nəysə, yazın, siz yazın, biz çalışaq. Siz siz olmaqdan qalmayın, biz də biz olmaqdan...
Razi Nurullayev bir vətəndaşa kömək edəndə xoşbəxt olur, siz isə onda bir texniki səhv tapanda...
Tanrı hər kəsə ürəyinə, vicdanına, ədalət hissinə görə versin...
Vûsal Qarayev,
Milli Cəbhə Partiyasının mətbuat xidmətinin rəhbəri