AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

  • + A
  • - A
  • 8-08-2022, 16:45

    “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

    Gülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb”

    Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür.

    Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub:

    “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yanaşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar.

    Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR