Türkiyədə arvadını qətlə yetirən ər cinayəti feysbukda etiraf edib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Çanakkalenin Ezine mahalının Seferşah Məhəlləsindəki Çay Sokakda baş verib
Arvadını öldürdükdən sonra "Facebook" hesabında qadının şəkilini "namusumu təmizlədim" başlığı ilə paylaşıb.
Gencay Korur qayınatasının evinə gələrək həyat yoldaşı Ayşe Korurla danışmaq istədiyini deyərək evə daxil olub.
Ayşe Koruru tüfənglə vuran Gencay Korur daha sonra hadisə yerindən qaçıb.
Yaralanan qadın xəstəxanada vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.