“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.
AzadMedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - məlumatda deyilib.
Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.
“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, - açıqlamada vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.