AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Novosibirskdən və Omskdan Bakıya uçuşlar açılır - SON DƏQİQƏ

  • + A
  • - A
  • 28-03-2023, 15:29

    Novosibirskdən və Omskdan Bakıya uçuşlar açılır -


    Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “İrAero” aviaşirkətinə bir sıra şəhərlərdən, o cümlədən Omskdan Bakıya uçuşlara icazə verib.

    Belə ki, bu barədə idarənin rəsmi saytında məlumat yayılıb.

    Məlumata əsasən, aviaşirkət Azərbaycanın paytaxtına həftədə 3 dəfə uçuşlar həyata keçirməyi planlaşdırır. Hazırda isə bu aviadaşıyıcı Omskdan uçuşlar həyata keçirmir.

    Qeyd edək ki, “İrAero” Novosibirskdən Bakıya uçuşlar üçün də icazə alıb. Novosibirskdən uçuşlar həftədə 2 dəfə - cümə və bazar günləri, Bakıdan isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR