AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda yanğın: 10 nəfər təxliyə edildi

  • + A
  • - A
  • 29-06-2022, 16:00

    Bakıda yanğın: 10 nəfər təxliyə edildi

    Bakıda yaşayış binasında yanğın olub.

    FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Kürdəmir rayonunun Çöhranlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 55 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR