AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada çətənə kolu yetişdirən şəxs saxlanılıb

  • + A
  • - A
  • 29-06-2022, 16:05

    Zaqatalada çətənə kolu yetişdirən şəxs saxlanılıb

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Qurban Qazıyev saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Aşağı Tala kəndi ərazisində saxlanılan şəxsə məxsus fındıq bağına baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 33 kiloqramdan artıq olan 51 ədəd çətənə kolu aşkarlanıb.Q.Qazıyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
    Faktla bağlı cinayət işi başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR