AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 11-08-2022, 11:56

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Avqustun 10-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
    **
    Avqustun 10-da saat 14 radələrində Yevlax rayonun İrəvanlı qəsəbəsi ərazisində Tovuz rayon sakini Əmrah Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Q.Malımovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sürücü və sərnişini Y.Alıyev xəstəxanaya yerləşdirilib, Ə.Mahmudov orada ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


    ***

    Bakı şəhər BPİ-nin Cinayət Aaxtarışı İdarəsi və Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadını yıxaraq içərisində 283 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş O.Cəfərov saxlanılıb.

    ***


    Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 7 evdən ümumilikdə 1465 manat pul, 7915 manat dəyərində qızıl əşyalar, 3000 manat dəyərində inşaat materialları, 2940 manat dəyərində velosiped, su mühərriki, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri C. Həzrətquliyev və əvvəllər məhkum olunmuş T.Əmiraslanov saxlanılıb.


    ***

    Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1800 manat dəyərində məişət əşyaları və elektrik sayğacı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Balayev saxlanılıb.


    ***

    Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, E.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 350 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

    *** Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qram marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə İ.Həsənovun idarə etdiyi avtomobilə baxış zamanı isə oradan 5 kiloqramdan artıq marixuana götürülüb.


    ***

    Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16000 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR