PSJ - "Başakşəhər" matçının hakimlərinə intizam işi açıldı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə "Başakşəhər" arasında keçirilmiş oyundakı irqçiliklə bağlı qərarını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, qitə futbol qurumu matçın rumıniyalı hakimləri Sebastian Koltesku və Oktavian Sovreyə qarşı intizam işi açıb.
Onlar UEFA intizam məcəlləsinin 11-ci maddəsi (əsas davranış prinsipləri) ilə ittiham olunurlar.
Qeyd edək ki, ötən il dekabrın 8-də Parisdə oynanılan qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Buna oyunun 4-cü hakimi S.Koltseskunun "Başakşəhər"in köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Növbəti gün qaldığı yerdən davam etdirilən matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.