Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, 5 il ərzində tamamlanacaq layihə 223 kilometr uzunluğunda dəmir yolu xəttini əhatə edir. Layihə çərçivəsində 10 körpü və 144 yeraltı keçid inşa olunacaq. Dəmir yolu xətti saatda 160 kilometr sürət üçün nəzərdə tutulur.
Bildirilib ki, yeni dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası da planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.