AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi artıb

  • + A
  • - A
  • 26-03-2025, 10:57

    Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi artıb

    Ötən il Azərbaycanda dəmir yolu ilə daşınan yüklərin həcmində artım qeydə alınıb. Ölkədə yük daşımalarının böyük hissəsi beynəlxalq daşımalardır.

    Ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü illə müqayisədə 1,4% çox yük daşınıb. Kəmiyyət baxımından daşınmış yüklərin ümumi həcmi 18,5 milyon ton təşkil edib. 

    Yük dövriyyəsi 3 faizdən çox artaraq 7 milyard ton-kilometrə yaxın, sərnişin dövriyyəsi isə 20 faiz artaraq 377 milyon sərnişin-kilometr təşkil etmişdir. 

    Qeyd olunur ki, yükdaşımaların 80%-dən çoxu beynəlxalq olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR