AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARA HƏR ZAMAN XÜSUSİ DİQQƏT GÖSTƏRİLİR

  • + A
  • - A
  • 16-12-2021, 16:26


    Artıq bir neçə aydır ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığına əsasən Birlik tərəfindən ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə mütəmadi olaraq görüşlər təşkil olunur. Bu dəfə Salyan rayonunda istixana sahiblərinin problemlərinin həlli istiqamətində onlara köməklik edilməsi məqsədilə Birliyin rəhbər şəxsləri növbəti dəfə sahibkarlarla görüş keçiriblər. Azadmedia.az xəbər verir ki, "Açıq mikrofon" aksiyasına üz tutan sahibkarların hər biri ötən il ərzində istehlak etdikləri təbii qazın sərfiyyatına əsasən yaranmış borclara görə onlara güzəştlərin olunmasını xahiş ediblər. İstixana sahibləri yaranmış borcun bir hissəsini ödəyərək istixanalara qaz təchizatının verilişinin bərpa olunmasını, geridə qalan borcun isə ödənilməsi üçün onlara bir neçə ay möhlət verilməsini istəyiblər. Birliyin rəhbər şəxsləri daxil olan bütün müraciətlərin Birliyin baş direktoruna təqdim olunacağını, "Azəriqaz" İB rəhbərinin hər zaman sahibkarlara xüsusi diqqət ayırdığını qeyd ediblər. "Səyyar qəbul otağ"ı sahibkarlarla yanaşı, adi vətəndaşların da ixtiyarında olub. Salyan rayonunun Şorsulu kənd sakini, 1-ci Qarabağ döyüşlərinin iştirakçısı Rafiq Bədəlov yaşadığı ərazidə küçə qaz xəttinin olmadığını bildirib. Qazi həmin ünvana qaz xəttinin çəkilməsi ilə bağlı müraciətini Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılmasını xahiş edib. 1-ci Qarabağ müharibəsi əlilinin müraciətinə baxılması üçün Salyan Regional qaz istismarı İdarəsinə müvafiq tapşırıq verilib.
    Görüşdə "Azəriqaz" İB rəhbərliyi ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
    Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 34-cü, sahibkarlarla isə 13-cü görüşdür.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR