AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çay və çay məhsulları ilə əlaqədar dövlət standartı təsdiq edilib

  • + A
  • - A
  • 14-01-2022, 19:31

    Çay və çay məhsulları ilə əlaqədar dövlət standartı təsdiq edilib

    Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 “Çay və çay məhsulları. Terminlər və təriflər” adlı yeni dövlət standartı qəbul edilib.
    Standartın layihəsi “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AzStand) tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
    Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək. Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR