AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB-NİN NÖVBƏTİ “AÇIQ MİKROFON”U NİZAMİ RAYONUNDA QURULACAQ

  • + A
  • - A
  • 26-04-2022, 15:20

    "AZƏRİQAZ" İB-NİN NÖVBƏTİ “AÇIQ MİKROFON”U NİZAMİ RAYONUNDA QURULACAQ

    “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı paytaxtın Nizami rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR