AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR "Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

  • + A
  • - A
  • 25-03-2023, 18:37

    SOCAR "Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək #Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək #Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə #Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR