AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz idxalına dair saziş imzalayacaq

  • + A
  • - A
  • 31-03-2023, 01:02

    Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz idxalına dair saziş imzalayacaq

    Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayırlar. Azadmedia Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijarto Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin Budapeştdə keçirilən görüşünün yekunları üzrə deyib. Onun sözlərinə görə, bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qazın nəqlinə başlanması ilə bağlı siyasi razılıq əldə olunub.
    Nazirin sözlərinə görə, Cənub-Şərqi Avropada müəyyən infrastrukturun inkişafına ehtiyac var, ona görə də Macarıstan bu məsələdə Bolqarıstan və Rumıniya ilə güclərini birləşdirib. Müqavilə aprelin sonunda imzalanacaq.

    “Bizim üçün diversifikasiya enerjini mümkün qədər çox mənbədən və mümkün qədər çox marşrut üzrə almaq imkanı deməkdir.
    Macarıstanın enerji təhlükəsizliyi türk dövlətlərinin iştirakı olmadan təmin edilə bilməz.
    Uzunmüddətli müqavilələrlə zəmanət verilən Macarıstana çatdırılmalar ilk növbədə Türkiyə vasitəsilə həyata keçirilir. Ötən il “Türk axını” boru kəməri ilə 4,8 milyard kubmetr qaz təhvil verilib.
    Yeni mənbələrə gəlincə, Azərbaycan ən real mənbədir”, - deyə o, izah edib.

    Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə 2020-ci il dekabrın 31-də başlayıb. Onun ilkin gücü 10 milyard kubmetrdir və ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür. 2022-ci ilin iyulunda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilə qədər Avropaya qaz tədarükünü iki dəfə artırmaq barədə razılığa gəliblər. Bazar testinin məcburi mərhələsi başa çatdıqdan sonra TAP konsorsiumu birinci genişləndirmə mərhələsinə başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR