AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistandan Rusiyaya süd məhsullarının tədarükü dayandırılır

  • + A
  • - A
  • 31-03-2023, 23:30

    Ermənistandan Rusiyaya süd məhsullarının tədarükü dayandırılır

    Rusiya Kənd Təsərrüfatı Nazirliyi Ermənistanın baytarlıq xidmətinə Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması xahişi ilə müraciət edib. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Rusiya və Ermənistanın baytarlıq xidmətləri arasında danışıqlar aparılıb, danışıqlar zamanı Ermənistanda süd emalı müəssisələrində martın 20-dən 24-dək keçirilmiş yoxlamanın nəticələri müzakirə olunub.
    Görüş zamanı Ermənistan baytarlıq xidmətinin rusiyalı alıcılar üçün süd məhsullarının təhlükəsizliyinə zəmanət verməsinin mümkünsüzlüyü ilə bağlı sual qaldırılıb.
    Əlavə edilib ki, tədarükün bərpası mümkünlüyü Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən sonra daha sonra müzakirə olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR