AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankara taxıl müqaviləsinin uzadılması şərtini irəli sürüb

  • + A
  • - A
  • 5-04-2023, 22:12

    Ankara taxıl müqaviləsinin uzadılması şərtini irəli sürüb

    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, “taxıl müqaviləsi”nin uzadılması Moskvanın gözləntilərinin doğrulmasından asılı olacaq. Azadmedia.az xəbər verir ki, bu sözləri Kalın Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

    Rusiya tərəfinin sövdələşməni 120 gün yox, 60 gün uzatmasının səbəbini siyasətçi taxıl müqaviləsinin şərtlərinin digər tərəflər tərəfindən pozulması adlandırıb.

    “Onlar (Rusiya tərəfi) haqlı olaraq bildirirlər ki, əvvəllər BMT ilə razılaşdırılmış xidmətləri hələ də ala bilmirlər. Bunlar logistika, xidmət və s.”, - deyə siyasətçi bildirib.

    Türkiyə nümayəndəsi izah edib ki, Rusiya kənd təsərrüfatı biznesinin, xüsusən də Avropadakı kontragentləri sanksiyalardan qorxurlar. Ankaranın vasitəçi kimi vəzifəsi kənd təsərrüfatı sahəsində Rusiya ilə əməkdaşlığa görə sanksiyalar qorxusunu aradan qaldırmaq üçün Aİ və ABŞ nümayəndələrinin iştirakı ilə görüşlər keçirməkdir.

    “Ərzaq böhranının qarşısını almaq üçün hər iki tərəf dünya taxıl bazarlarına çıxmalıdır. Rusiya hər il 150 milyon ton taxıl istehsal edir, bunun 50-60 milyonunu ixrac edir. Rusiyanın gözləntiləri doğrulsa, düşünürəm ki, sövdələşmənin uzadılmasından danışmaq mümkün olacaq”, - Ərdoğanın sözçüsü bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR