AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BİRKART KREDİT KARTI İSTRİFADƏ EDƏNLƏR, DİQQƏT!

  • + A
  • - A
  • 2-08-2023, 11:08

    BİRKART KREDİT KARTI İSTRİFADƏ EDƏNLƏR, DİQQƏT!

    Jurnalist Çingiz Səfərli yazır:
    "Kapital Bankın sistemində problem yaranıb. Belə ki, Birkar kredit kartları üzrə 08.07.2023-cü il tarixindən həyata keçirilmiş bütün nağdlaşdırma və köçürmə əməliyyatlarına 63 gün müddətinə faiz hesablanmayacağı elan edilsə də, borclar faiz hesablanan məbləğ hissəsinə yazılıb. Diqqətli olun. Əgər sizdə də belə bir şey varsa, bankla əlaqə saxlayın və ya müştəri xidmətlərinə müraciət edin. Mənə verilən məlumata göörə, sistemdə nasazlıq var və yaxın müddətdə aradan qaldırılacaq, o cümlədən faiz hesablanan məbləğ hissəsinə yazılan borc güzəşt müddətli və ya növbəti ay üçün güzəşt müddətli borc hissəsinə yazılacaq.

    Qeyd edim ki, artıq kapital bankın sistemində texniki nasazlıqlar adi hala çevrilib. Ötən ay da belə bir problemlə qarşılaşmışdım.

    Digər diqqət edilməli bir məsələ isə borcların tətbiq üzərindən ödənilməsi ilə bağlıdır.

    Belə ki, BirBank tətbiqi üzərindən borclarınızı ödəyərkən yeni kart əlavə edərək ödəniş edin. Əgər səhvliklə birkartınızı seçib ödəniş etsəniz, pulunuzu bir cibinizdən götürüb o biri cibinizə qoyacaqlar və bunun üçün də sizdən faiz tutulacaq.

    Əslində bu məlumatı Kapital Bank-ın özü açıqlamalıdır, amma nədənsə və ya hansısa maraqları naminə sistemlərində problem olduğu barədə müştərilərini məlumatlandırmırlar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR