Bakının "Sədərək" ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.
Axar.az xəbər verir ki, ticarətçilərdən biri Hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.
Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.
Hazırda bəzi sahibkarlar vaxtaşırı "Sədərək"ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.
Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.