AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın qəhrəman övladi

  • + A
  • - A
  • 12-12-2020, 17:45



    Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Bugün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər.

    Belə qəhrəman oğullarımızdan biri də torpaqlarımızın azadlığı uğrunda canından keçən məktəbimizin şəhid məzunu Tural Qarayevdir.
    Qarayev Tural Şahin oğlu 1991-ci ildə Bakı şəhərində anadan olub.1997-ci ildə E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Nümunəvi davranış və qüsursuz xidmət göstərən Tural Qarayev hərbi xidmətini başa vurduqdan sonra da könüllü olaraq xidmətini davam etdirib. Kəşfiyyat bölüyünün manqa komandiri olan Tural Qarayev 27 sentyabr 2020-ci il tarixindən işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda Vətənimizin müdafiəsinə qatılıb. Füzuli uğrunda döyüşlərdə kəşfiyyatçı kimi 4 erməni postunun alınmasında onun rolu əvəzsizdir. Qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələn Tural Qarayev qəhrəmancasına şəhid olub.
    Şəhidimizin bir övladı var. Allahdan ona xoşbəxtlik , atası kimi cəsur , Vətəninə layiq bir övlad olmasını arzulayırıq.
    Başda məktəbimizin direktoru Nəriman Mürsəliyev olmaqla, məktəb kollektivimiz şəhid məzunumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

    Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR