AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə gözləmə otağı olmayacaq” - Altun

  • + A
  • - A
  • 4-08-2021, 14:37

    “Türkiyə gözləmə otağı olmayacaq” - Altun


    Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına “Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq” sözləri ilə reaksiya verib.

    Azadmedia.az xəbər verir ki, məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun “ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir.

    Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.

    Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, - deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR