AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRKPA-nın 10-cu yubiley Plenar İclası “Türk dünyasının mənəvi paytaxtı”nda keçiriləcək

  • + A
  • - A
  • 24-09-2021, 13:29


    TÜRKPA-nın 10-cu yubiley Plenar İclası “Türk dünyasının mənəvi paytaxtı”nda keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, TÜRKPA-nın 10-cu yubiley Plenar İclası 2021-ci ilin 27-28 sentyabr tarixlərində Qazaxıstan Respublikası Parlamenti Məclisinin evsahibliyində “Türk dünyasının mənəvi paytaxtı” Türkistan şəhərində keçiriləcək. İclasın “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” mövzusunda keçirilməsi nəzərdə tutulur.

    TÜRKPA üzv ölkələri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərləri və nümayəndələri iclasda iştirak edəcəkdir.

    Tədbir zamanı Daimi Komissiyaların sənədləri, hüquqi sənədlər və yeni model qanunlar müzakirə olunacaq. Plenar İclas növbəti iclasın tarix və yerini müəyyənləşdiriləcək, Türkistan Bəyannaməsinin qəbulu ilə başa çatacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR